Burada sizin reklamınız ola bilər

Gömrük Komitəsi büdcəyə 333 milyon köçürüb
13 Fevral 2020 , 15:50

Gömrük Komitəsi büdcəyə 333 milyon köçürüb


Bu ilin yanvarında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 333 milyon 701 min manat olub.

 

Komitədən Primetime.az-a verilən məlumata görə, ötən ay gömrük rüsumları üzrə büdcəyə daxilolmalar 84 milyon 361 min manat, əlavə dəyər vergisi üzrə 235 milyon 905 min manat, aksizlər üzrə 9 milyon 679 min manat, yol vergisi üzrə isə 3 milyon 755 min manat təşkil edib.

 

Xatırladaq ki, ötən ilin yanvarında komitənin dövlət büdcəsinə daxilolmaları 329 milyon 645 min manat olub.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR