Burada sizin reklamınız ola bilər

Hadı Rəcəblinin dairəsinin nəticələri ləğv edildi
13 Fevral 2020 , 18:13

Hadı Rəcəblinin dairəsinin nəticələri ləğv edildi


74 saylı Lənkəran Kənd Seçki dairəsinin nəticələri ləğv edilib. 

 

Primetime.az xəbər verir ki, səslərin hesablanmasında və protokolların tərtib edilməsində seçki qanun vericiliyinin pozulduğu, protokolların müşahidəçilərə verilməməsi faktları öz əksini tapıb. Bir sıra məntəqələrdə seçicilərin iradəsinə müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkar olunub. 27 seçki məntəqəsində seçkilərin nəticəsi etibarsız hesab edilib.

 

Beləliklə, MSK qərara alıb ki, 74 saylı Lənkəran seçki dairəsində seçkilərin nəticəsi etibarsız hesab edilsin.

 

Qeyd edək ki, sözügedən dairədən lider namizəd Hadı Rəcəbli olub.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR