Burada sizin reklamınız ola bilər

 Rəqqasə Fatimədən etiraf: “Hamının mənə borcu var”
13 Fevral 2020 , 21:37

Rəqqasə Fatimədən etiraf: “Hamının mənə borcu var” - VİDEO


Rəqqasə Fatimə Fətəliyeva "Show News" verilişində qonaq olub. 


Primetime.az xəbər verir ki, o, bildirib ki, hər zaman xeyir və şər işlərdə iştirak edib, heç bir zaman kimdənsə nəsə mədət ummayıb:

 

"Anam qardaşımın toyuna gəlib pul atanların zərfini hələ də saxlayır. Mən bir dəfə də olsun hansısa toya gedəndə açıb o zərflərə baxmamışam ki, görüm kim mənim qardaşımın toyuna nə qədər pul atıb, mən də o qədər pul atım.

 

Hər zaman xeyirə-şərə yarıyan biri olmuşam. Düşmənim belə olsa məni xeyir işinə, şər işinə çağıranda getmişəm. Qardaşımın da toyuna gəlməyənlər oldu, amma buna baxmayaraq mən çalışıram ki, çağırıldığım yerlərə gedim və layiqincə iştirak edim. 15 il bundan öncə tövbə etmişəm borc verməyə, şükürlər olsun ki, borclu olduğum adam da yoxdur, əksinə hamının mənə borcu var".

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR