Burada sizin reklamınız ola bilər

Şagirdin üzünə təpik atan direktor özünü belə müdafiə etdi
13 Fevral 2020 , 21:53

Şagirdin üzünə təpik atan direktor özünü belə müdafiə etdi - VİDEO


Türkiyənin İsparta şəhərində məktəb direktoru şagirdin üzünə təpik atıb. 


Primetime.az xəbər verir ki, məktəbdə yanğın tətbiqatı zamanı məktəbin direktoru oturan uşaqlardan birinə yaxınlaşaraq üzünə təpik atıb. 13 yaşlı oğlan isə evə gedərək hər şeyi atasına danışıb. Bundan sonra məktəbə gələn atası müşahidə kameralarından həmin görüntüləri izləyib və müəllimdən şikayətçi olub. 


Müəllim özünü müdafiə edərək, əslində təpik vurmadığını bildirib: "Kameradan elə görünür. Mən ona təpik vurmamışam. Sadəcə alışqan maddələrlə oynadıqlarını gördüm və bir reflekslə onları dayandırmağa çalışdım. Amma onun üzünə təpik vurmamışam". 


Müdir haqqında qəsdən zərərvermə maddəsi ilə cinayət işi açılıb. 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR