Burada sizin reklamınız ola bilər

Qadın güləşçimiz finalda
13 Fevral 2020 , 22:26

Qadın güləşçimiz finalda


Azərbaycanın qadın güləşçisi Elis Manolova İtaliyada keçirilən Avropa çempionatında finala yüksəlib.

 

Primetime.az xəbər verir ki, 65 kq-da mübarizə aparan idmançı yarımfinal mərhələsində rusiyalı Mariya Kuznetsovaya 7:3 hesabı ilə qalib gələrək, həlledici görüşə vəsiqə qazanıb.

 

Onun finaldakı rəqibi Mimi Nikolova Xristova (Bolqarıstan) olacaq.

 

Tatyana Omelçenko isə finala çıxmaq şansından yararlana bilməyib. Ukrayna təmsilçisi Yuliya Tkaça uduzan güləşçi sabah bürünc medal uğrunda Belarus idmançısı Veranika İvanova ilə qarşılaşacaq.

 

Bu gün mübarizəyə qoşulan digər iki Azərbaycan güləşçisi Tatyana Varansova (53 kq) və Alyona Kolesnikin (57) uduzduqları rəqiblər finala çıxdıqlarından onlar bürünc medal uğrunda görüşlərə qatılmaq hüququ qazanıblar.

 

Qeyd edək ki, medal görüşləri sabah keçiriləcək.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR