Burada sizin reklamınız ola bilər

Suriya parlamentinin qondarma
13 Fevral 2020 , 23:50

Suriya parlamentinin qondarma "erməni soyqrımı"nı tanımasına Türkiyədən münasibət


Türkiyənin Xarici İşlər Nazirliyi Suriya parlamentində qondarma "erməni soyqrımının" tanınması ilə bağlı bəyanat yayıb. 


Primetime.az xəbər verir ki, qurumun mətbuat katibi bildirib ki, bu hərəkət "ikiüzlülüyün təzahürüdür": "Bu  addım uzun illərdir öz xalqını qətlə yetirən, milyonlarla insanı öz evindən didərgin salan və kimyəvi silahdan istifadə məharəti yaxşı bilinən rejimin ikiüzlülüyünün təzahürüdür. Suriya hakimiyyətinin baiskar olduğu fəlakət davam edir və bu fəlakət bizim sərhədlərimizdə yaşanmaqdadır. Dəstək verilməyən iddiaların beynəlxalq aləmdə legitimliyini itirmiş zalım rejim tərəfindən irəli sürülməsi isə bunun arxasında yatan əyri zehniyyətin açıq təzahürüdür".
 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR