Burada sizin reklamınız ola bilər

39 il öncə yazılan kitabda tükürpədən koronavirus detalı
14 Fevral 2020 , 00:10

39 il öncə yazılan kitabda tükürpədən koronavirus detalı - FOTO


Triller janrının dahi yazarlarından sayılan amerikalı yazar Den Kontzun 1981-ci ildə yazdığı kitabdakı koronavirus detalı hər kəsin diqqətini cəlb edib. 


Primetime.az xəbər verir ki, "Qaranlığın gözləri" adlı kitabda "Vuhan-400" adlı bir virus haqqında yazıldığı ortaya çıxıb. Kitabları dəfələrlə bestseller olan yazar bu kitabının 39-cu bölümündə Çin kommunist partiyası tərəfindən Vuhan yaxınlarında hərbi laboratoriyada biyoloji bir silah yaradıldığı qeyd edilib. "Vuhan-400" adlandırılan bu biyoloji silahın araşdırılmasının başçısı, Çinin ən təhlükəli kimyəvi silahları haqqında məlumatlı olan Li Şenin ABŞ-a sığındığı da bildirilib. 


"Vuhan-400" adlı virusun xüsusiyyətləri isə yazar tərəfindən belə qələmə verilib: ""Vuhan-400" möhtəşəm bir silahdır. Sadəcə insanlara təsir edir. Başqa heç bir canlıda yaşamır. Bu virus insandan başqa heyvan və ya obyektin üzərində 1 dəqiqədən artıq yaşaya bilmir. Bu da digər orqanizmalara yoluxmadığını göstərir. Bu virusun bulaşdığı insanlar 24 saatdan uzun müddət yaşamır. Çox insan isə ilk 12 saatda ölür". 


"Vuhan-400" virusu ilə koronavirus arasındakı böyük fərq, onun 100% öldürmə ehtimalı olduğu halda, koronavirusun 2% öldürmə ehtimalı olmasıdır. Digər şeylər isə, hələ adının sırf koronavirusun ortaya çıxdığı şəhər olan "Vuhan"dan alması hər kəsin təəccübünə səbəb olub. 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR