Burada sizin reklamınız ola bilər

Azərbaycanın ən güclü yeniyetmə samboçuları müəyyənləşib
14 Fevral 2020 , 00:40

Azərbaycanın ən güclü yeniyetmə samboçuları müəyyənləşib


Fevralın 13-də Bakı İdman Sarayında sambo üzrə yeniyetmələr, gənclər və kişilər arasında ölkə çempionatı və birinciliyi start götürüb. Yarışların birinci günündə yeniyetmə samboçuların Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib.

 

Primetime.az xəbər verir ki, Elmaz Ələkbərov (48 kq), Adil Məmmədov (52 kq), Elvin Bağırov (56 kq), Kənan İsmayılov (60 kq), Elvin Əliyev (65 kq), İslam Tağıyev (70 kq), Əhməd Hüseynov (75 kq), Ruslan Səfixanov (81 kq), Rəsul Aydəmirov (87 kq), Elton Qənbərov (87 kiloqramdan yuxarı) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pillələrində yer alıblar.

 

Qeyd edək ki, bu gün gənclər, fevralın 15-də isə kişilər ölkə birinciliyi və çempionatında mübarizəyə qoşulacaqlar. Yarışlarda ölkəmizin rayon və şəhərlərinin idman cəmiyyətləri və klublarından 500-ə yaxın idmançı medallar uğrunda yarışır.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR