Burada sizin reklamınız ola bilər

Antarktikada isti hava rekord həddə çatdı
14 Fevral 2020 , 10:48

Antarktikada isti hava rekord həddə çatdı


Antarktika qitəsində ilk dəfə temperatur 20.75 dərəcəyə çataraq rekord qırıb.

 

Primetime.az xəbər verir ki, fevralın 9-da Braziliya alimləri tərəfindən Seymur adasında qeydə alınan temperatur Ümumdünya Meteoroloji Təşkilatı tərəfindən hələ təsdiqlənməyib, ancaq qitənin temperaturunun son zamanlarda artdığını göstərən digər ölçmələr ilə birlikdə qlobal istiləşmə ilə bağlı narahatlıqlar getdikcə artır. Belə ki, fevralın 6-da Esperanzadakı Argentina araşdırma stansiyası 18,3 dərəcə qeydə alıb. Bu, indiyə qədər materikdə ölçülmüş ən yüksək temperaturdur.

 

Qitədə bundan öncə ən yüksək temperatur 1982-ci ilin yanvarında Signy adasında 19,8 dərəcə səviyyəsində ölçülüb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR