Burada sizin reklamınız ola bilər

Sevda Yahyayeva:
14 Fevral 2020 , 11:24

Sevda Yahyayeva: "Çünki olmayacaq" - FOTOLAR


“Lalə xanımın bu fikri ilə tamamilə razıyam. Həqiqətən də Azərbaycanda konsertlərdən pul qazanmaq olmur. Biletin qiymətini hansı məbləğdə müəyyən edəsən ki, konsertdən pul qazanasan? Konsert xərcləri çoxdur. Olduqca böyük məbləğə başa gəlir. Bir ifaçı konsertdən ziyansız çıxırsa, şükür etməlidir. Qazancı qoyaq kənara. Qazancdan danışmıram”.

 

Bu sözləri müğənni Sevda Yahyayeva Primetime.az-ın əməkdaşı ilə söhbətində deyib. Sənətçi Lalə Məmmədovanın “Azərbaycanda heç bir müğənni konsertdən pul qazanmır” iddiaları ilə razı olduğunu bildirib:

 

“Borca girməmişəm, amma qazancım da olmayıb. Mənim 4-5 dəfə böyük məkanlarda konsertim olub. Amma əfsuslar olsun ki, pul qazanmamışam. Əksinə, daha çox pul xərcləmişəm. Bəlkə qarşıdakı illərdə konsert etsəm, nəsə olar. Konsert müğənninin tamaşaçı önündə hesabatıdır. Müğənnilərin yeganə qazanc yerləri toylar və tədbirlərdir”.

 

 

Sevda ona tez-tez ünvanlanan sualdan da söz açıb:

 

“İndi məndən hamı gözləyir ki, nə zaman ailə quracağam və konsert verəcəyəm. Əslində, ikisi də gözəl istək, niyyətdir. Konsert vermək istəyirəm. Amma bu il heç kim məndən konsert gözləməsin, çünki olmayacaq”.

 

Sərvər Mehtiyev

Foto: Kərim Abbasov

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR