Burada sizin reklamınız ola bilər

Sürücülər 119 milyon manat cərimə olundu
14 Fevral 2020 , 12:37

Sürücülər 119 milyon manat cərimə olundu - RƏSMİ


Ötən il yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 3999,1 min olub.

 

Primetime.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

 

Xətaların 39,9 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 22,1 faizi dayanma və ya durma qaydalarının pozulması, 10,3 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 9,3 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 3,6 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 3,5 faizi icbari sığorta müqaviləsinin bağlanmaması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.

 

Qaydaların pozulmasına görə 119,0 milyon manat məbləğində cərimələr tətbiq edilib.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR