Burada sizin reklamınız ola bilər

Sabahın hava proqnozu açıqlanıb
14 Fevral 2020 , 12:52

Sabahın hava proqnozu açıqlanıb


Fevralın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, zəif çiskin olacaq, mülayim cənub-qərb küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Primetime.az-a bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 1-4, gündüz  7-10, Bakıda  gecə 2-4,  gündüz  8-10 dərəcə isti olacaq.

 

Atmosfer  təzyiqi  776 mm civə sütunundan 771 mm civə sütünuna enəcək, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz olacaq.   

 

Azərbaycanın rayonlarında:

 

Fevralın 15-də hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.

 

Havanın temperaturu  gecə  2 dərəcə şaxtadan 3 dərəcəyədək, gündüz  7-12 dərəcə isti,  dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz  0-4 dərəcə isti  olacaq.  

 

Tibbi-meteoroloji proqnoz:

Fevralın 15-16-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR