Burada sizin reklamınız ola bilər

Məşhur repçi izləyiciyə hücum etdi
14 Fevral 2020 , 12:58

Məşhur repçi izləyiciyə hücum etdi - VİDEO


Londonda təşkil olunan musiqi mükafatlandırma mərasimində çıxış edən məşhur repçi Sloutay izləyicilərə hücum edib.

 

Primetime.az xəbər verir ki, "NME" musiqi mükafatları mərasimində "İlin qəhrəmanı" mükafatını alan məşhur repçi Sloutay səhnədə çıxış etdiyi əsnada izləyicilərin yüksək səs çıxardığını bildirərək narahat olduğunu söyləyib və əlindəki mikrofonu yerə atıb. 

 

İzləyicilər isə cavab olaraq yerdən götürdükləri mikrofonu və əllərindəki yeməkləri Sloutaya atıb. Bu davranışdan sonra daha da əsəbiləşən ifaçı əlinə götürdüyü qədəhdəki içkini yerə boşaldaraq yenidən izləyiciyə atıb. Bununla kifayətlənməyən Sloutay daha sonra səhnədən enərək izləyicilər arasından birinə hücum edib. Təhlükəsizlik əməkdaşları tərəfindən dayandırılan repçi çölə çıxarılıb. 

 

Qeyd edək ki, qeyri-adi hərəkətləri ilə tanınan Sloutay Milvauke tədbirində qadın heyranının ağzına tüpürmüşdü.

 


Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR