Burada sizin reklamınız ola bilər

Badamdarda yenidən torpaq sürüşməsi oldu
14 Fevral 2020 , 13:20

Badamdarda yenidən torpaq sürüşməsi oldu


Bakının Səbail rayonunda yenidən torpaq sürüşməsi baş verib.
 

Primetime.az xəbər verir ki, hadisə Səbail rayonu, Badamdar şosesinin ətrafındakı yamacda qeydə alınıb.
 

Yamacda baş verən sürüşmə nəticəsində torpaq axını yenidən aktivləşib. Torpaq axını bu gün səhər saatlarında yağışdan sonra başlayıb.
 

Aidiyyəti qurum əməkdaşları hadisə yerinə yollanıb.
 

Xatırladaq ki, ərazidə artıq 3-cü dəfədir ki, sürüşmə olur.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR