Burada sizin reklamınız ola bilər

Cəmilə yeni doğulan oğlunun fotosunu paylaşdı
14 Fevral 2020 , 13:32

Cəmilə yeni doğulan oğlunun fotosunu paylaşdı - FOTOLAR


Bir müddət əvvəl ana olan aktrisa Cəmilə Tağızadə ilk dəfə olaraq sosial şəbəkədə övladının fotosunu paylaşıb.

 

Primetime.az xəbər verir ki, sənətçi oğlu Abdullah Cəsur və həyat yoldaşı Murad Temizle lentə alınan şəkilə "Sevgililə gününün ən gözəl hədiyyəsi" başlığı ilə yayımlayıb:

 

"Canımız, oğlumuz, Abdullah Cəsur Temiz, xoş gəldin həyatımıza! Allah hər bir kəsə xoşbəxt ailə və sağlam övladlar nəsib etsin. Həyatımın ən dəyərli hədiyyəsi oğlum oldu. Allah onu və bütün balaları qorusun! Amin! Nəhayət ki, 25 gün sonra sosial şəbəkələrə girməyə və paylaşım etməyə vaxt tapdım".

 

Qeyd edək ki, C.Tağızadə 2017-ci ilin sentyabrında Murad Temiz adlı həkimlə ailə həyatı quraraq, sənətdən uzaqlaşıb və Türkiyədə məskunlaşıb.    

 

 

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR