Burada sizin reklamınız ola bilər

Mobil telefonları gizli yolla ölkəyə keçirmək istədilər
14 Fevral 2020 , 13:50

Mobil telefonları gizli yolla ölkəyə keçirmək istədilər


Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Vaz 21013" markalı minik nəqliyyat vasitəsi ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

 

 Dövlət Gömrük Komitəsindən Primetime.az-a verilən məlumata əsasən, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, vətəndaşın üzərində 10 ədəd "Samsung Galaxy A10 S" markalı mobil telefon aşkarlanıb.

 

Faktla bağlı araşdırma aparılır.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR