Burada sizin reklamınız ola bilər

Dünyaya qorxu salan koronavirusun görüntüləri yayımlandı
14 Fevral 2020 , 13:40

Dünyaya qorxu salan koronavirusun görüntüləri yayımlandı - FOTOLAR


ABŞ Sağlamlıq və İnsan Xidmətləri Departamenti nəzdindəki institutlardan biri olan ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutu Çinin Vuhan şəhərində meydana gələn koronavirusun fotolarını yayımlayıb.

 

Primetime.az xəbər verir ki, İnstitutun Montana ştatında yerləşən Hamiltondakı laboratoriyası araşdırma və ötürmə elektron mikroskoplarında koronavirusun görüntülərini yaradıb. İnstitutdan edilən yazılı açıqlamada "SARS-CoV-2"nin Çinin Vuhan şəhərində ilk dəfə 2019-cu ilin dekabr ayında ortaya çıxan və qlobal ictimai sağlamlığı üçün təhlükəyə çevrilən "Covid-19" xəstəliyinə səbəb olub. Bundan əlavə açıqlamada virusa korona adının verilməsinə virusun "tac"a oxşamasının səbəb olduğu və ifadənin də latınca "crown" (tac) sözündən götürüldüyü bildirilib.

 

Qeyd edək ki, virus nəticəsində ölənlərin sayı 1381-ə çatıb.

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR