Burada sizin reklamınız ola bilər

Herri və Meqan haqqında şok iddia: Cütlük bundan sonra...
14 Fevral 2020 , 14:12

Herri və Meqan haqqında şok iddia: Cütlük bundan sonra...


Kraliyyət ailəsindəki vəzifələrindən imtiha edərək Kanada-ABŞ-İngiltərə arasında yaşamağa qərar verən şahzadə Herri və həyat yoldaşı Meqan Markl haqqında şok iddia ortaya atılıb.

 

Primetime.az xəbər verir ki, cütlüyün Bukingem sarayındakı ofisi bağlanıb və ikili üçün işləyən 15 nəfər işdən çıxarılıb. Əksərən məsləhətçi heyətdən olan şəxslərin göndərilməsi İngiltərə mediasında cütlüyün bir daha ölkəyə addım atmayacağı istiqamətində şərh olunub. 

 

İngilis mətbuatına danışan cütlüyə yaxın mənbə "Vəzifələrindən imtina etmək qərarı alındıqdan sonra Bukingem Sarayındakı ofis artıq lazım deyildi. Detallar tam dəqiqləşdirilməyib. Yeni bir təşkilat üzərində iş aparılır, ancaq bəzi zərərlər olacaq" - deyə qeyd edib.

 

Maddi cəhətdən daha azad bir həyat sürmək istədiklərini ifadə edərək kraliyyət vəzifələrini tərk edən şahzadə Herri və Meqan Markl bu yaxınlarda ABŞ-da ilk dəfə bir tədbirdə iştirak edib. Şahzadə Harrinin illərdir terapiya aldığını söylədiyi tədbir üçün təxminən 400.000 funt sterlinq aldığı iddia edilir.

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR