Burada sizin reklamınız ola bilər

Kerem Bürsin keçmiş sevgilisi haqqında:
14 Fevral 2020 , 14:44

Kerem Bürsin keçmiş sevgilisi haqqında: "Xoşbəxt olsunlar"


Türkiyənin məşhur komediya ustası Cem Yılmazın aktrisa Serenay Sarıkaya ilə eşq münasibəti yaşaması bir neçə gündür ölkə gündəmindən düşmür.

 

Primetime.az xəbər verir ki, Sarıkayanın yeni münasibətinə bir şərh də keçmiş sevgilisi Kerem Bürsindən gəlib. Belə ki, ötən gecə bir tədbirdən çıxarkən görüntülənən Bürsin 4 il sevgili olduğu Sarıkayanın Cem Yılmazla münasibətdə olması ilə bağlı "Xoşbəxt olsunlar" deyib. 

 

Belə ki, müxbirlərlə söhbət edən Bürsin "Defne Samyelinin aldatma açıqlaması" sualına "Vallah bilmirəm. Bu məsələnin içinə daxil olmaq istəmirəm. Mənimlə bağlı bir şey deyil. Hər kəs xoşbəxt olsun" - deyə cavab verib. 

 

Qeyd edək ki, 4 il eşq münasibəti yaşayan Sarıkaya və Bürsin cütlüyü "Münasibətimizdəki həyəcanımızı itirdik" deyərək ayrılmışdı.

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR