Burada sizin reklamınız ola bilər

Stolüstü tennisçilərimiz Latviyada gənclər arasında beynəlxalq turnirdə iştirak edirlər
14 Fevral 2020 , 15:05

Stolüstü tennisçilərimiz Latviyada gənclər arasında beynəlxalq turnirdə iştirak edirlər


Fevralın 14-də Latviyanın paytaxtı Riqada gənclər arasında stolüstü tennis üzrə beynəlxalq turnir start götürüb.

 

Azərbaycan Stolüstü Tennis Federasiyasından Primetime.az-a verilən məlumata görə, yarışda ölkəmizi 6 idmançı təmsil edir. Belə ki, oğlanlar arasında Adil Əhmədzadə, Rüstəm Hacılı və Hüseyn Eylazov mübarizə aparırlar. Arzu Aslanova, Aylin Əsgərova və Mərziyyə Nurmətova isə qızlar arasında yarışırlar.

 

Turnir fevralın 16-dək davam edəcək.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR