Burada sizin reklamınız ola bilər

Güləşçimiz erməni rəqibini məğlub etdi
14 Fevral 2020 , 15:20

Güləşçimiz erməni rəqibini məğlub etdi


Azərbaycan millisinin sərbəst güləşçisi Ağahüseyn Mustafayev İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

 

Primetime.az-ın məlumatına görə, 70 kq çəki dərəcəsində mübarizə aparan idmançı ilk görüşündə ermənistanlı Gevorq Mxeyanı üstələyib.

 

Pəhləvanımız təsnifat mərhələsində qarşılaşdığı rəqibi üzərində əzmkar qələbə qazanıb. 0:8 hesabı ilə geridə olan həmyerlimiz görüşün gedişində dönüş yaradıb. Nəticədə 15:8 hesabı ilə qalib gələn Mustafayev 1/8 final yüksəlib.

 

Güləşçimiz növbəti mərhələdə Belarus təmsilçisi Viktar Sereda ilə qarşılaşacaq.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR