Burada sizin reklamınız ola bilər

Paris bələdiyyə sədri namizədi seks skandalı qurbanı oldu
14 Fevral 2020 , 15:18

Paris bələdiyyə sədri namizədi seks skandalı qurbanı oldu


Fransada paytaxt Parisin bələdiyyə sədri namizədi Bencamin Griveaux ölkə gündəminə bomba kimi düşüb.

 

Primetime.az xəbər verir ki, adı seks skandalına qarışan və görüntü il mesajları yayımlanan Griveaux təəccüblü açıqlama verib. Belə ki, namizədliyini geri çəkdiyini açıqlayan Griveaux "Sosial mediada şəxsi həyatıma alçaqca bir hücum edildi. Ailəm belə bir şeyi yaşamağa layiq deyil" deyib.

 

uzun müddətdir bununla mübarizə apardığını söyləyən siyasətçi "Ailəm və mən bir ildən çoxdur yalanlar və adsız hücumlarla mübarizə aparırıq. Son dövrlər bu vəziyyət başqa mərhələyə keçib. Mənim üçün çətin bir qərardır, amma ailəmi daha çox riskə atmaq istəmirəm" - deyə qeyd edib.

 

Griveaux Prezident Makronun onun arxasında olacağını söylədiyini də əlavə edib.

 

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR