Burada sizin reklamınız ola bilər

Öpüşməyin belə qadağan olunduğu məbəddə intim video çəkib paylaşdılar
14 Fevral 2020 , 16:17

Öpüşməyin belə qadağan olunduğu məbəddə intim video çəkib paylaşdılar


Myanmarda italyan olduğu bildirilən bir cütlük minlərlə məbədi ilə məşhur Baganda çəkdiyi 12 dəqiqəlik intim videolarını internetdə yayımlaması nəticəsində tənqidlərin hədəfinə çevrilib. 

 

Primetime.az xəbər verir ki, sosial şəbəkələrdə müqəddəs məkanlara hörmətsizlik edildiyini bildirən bir çox insan hökumətə sözügedən şəxslərə ölkəyə girişini qadağan etməsi çağırışını edib. 

 

Qeyd edək ki, bölgədəki məbədlərdə və ətrafında ayaqqabı ilə gəzmək, açıq-saçıq geyinmək və öpüşmək qadağandır. Myanmar qanunlarına görə, dini məkanlarda qaydalara riayət etməyənlərə 15 il həbs cəzası verilir.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR