Burada sizin reklamınız ola bilər

Daha bir güləşçimiz erməni rəqibinə qalib gəldi
14 Fevral 2020 , 18:00

Daha bir güləşçimiz erməni rəqibinə qalib gəldi


Azərbaycanın daha bir sərbəst güləşçisi İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında erməni rəqibinə qalib gəlib. 

 

Primetime.az-ın məlumatına görə, 79 kq çəki dərəcəsində mübarizə aparan Cəbrayıl Həsənov üçüncü görüşündə Ermənistan idmançısı Arman Avaqyan üzərində inamlı qələbə qazanıb. 

 

Nika Kentçadze (Gürcüstan) və Omaraskab Nazmundinovu (Rumıniya) məğlub edən üçqat Avropa çempionu 1/4 finalda da uğurlu seriyanı davam etdirib. O, bu dəfə erməni idmançısına qalib gəlib - 8:4. Bu qələbə millimizin kapitanını yarımfinala daşıyıb.

 

Qeyd edək ki, Ağahüseyn Mustafayev (70 kq) də bu gün təsnifat mərhələsində erməni Gevorq Mxeyandan üstün olub.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR