Burada sizin reklamınız ola bilər

Prezident İlham Əliyev Serbiya Prezidentini təbrik edib
14 Fevral 2020 , 18:15

Prezident İlham Əliyev Serbiya Prezidentini təbrik edib


Prezident İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçi bu ölkənin milli bayramı münasibəti ilə təbrik edib. 

 

Primetime.az xəbər verir ki, təbrikdə deyilir: 

 

"Hörmətli cənab Prezident,


Serbiya Respublikasının milli bayramı münasibətilə Sizi və dost Serbiya xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı yetirirəm.

 

Əminəm ki, Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasındakı dostluq və əməkdaşlıq münasibətləri daim xalqlarımızın maraqlarına uyğun inkişaf edəcək və genişlənəcək". 

 

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR