Burada sizin reklamınız ola bilər

Prezident İlham Əliyev Münxendə Əfqanıstan Prezidenti ilə görüşüb
14 Fevral 2020 , 23:55

Prezident İlham Əliyev Münxendə Əfqanıstan Prezidenti ilə görüşüb - FOTO - YENİLƏNİB


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münhendə Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb.

 

Primetime.az xəbər verir ki, görüşdə Bakının mötəbər tədbirlərin keçirildiyi məkan olduğu bildirilib. Ölkələrimiz arasında nəqliyyat-logistika sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğu qeyd edilib. Artıq Əfqanıstan yüklərinin Lapis-Lazuli marşrutu ilə Azərbaycan ərazisindən daşınıldığı qeyd edilib, gələcəkdə bu istiqamətdə səylərin daha da artırılmasının vacibliyi vurğulanıb.

 

Həmçinin görüşdə Azərbaycan-Əfqanıstan iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün hər iki ölkənin müvafiq qurumları arasında əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxendə Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR