Burada sizin reklamınız ola bilər

Ağstafada avtomobil aşıb, 1 ölü, 3 yaralı var
14 Fevral 2020 , 22:56

Ağstafada avtomobil aşıb, 1 ölü, 3 yaralı var


Ağstafa rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Primetime.az APA-ya istinadla xəbər verir ki, avtoqəza rayonun Kor Xəlifəli kəndində qeydə alınıb.

 

Məlumata görə, "VAZ 2106" markalı minik maşını yoldan çıxaraq aşıb. Nəticədə sərnişinlərdən biri - 1959-cu il təvəllüdlü İsmayılova Sara Əsəd qızı dünyasını dəyişib. Avtomobildə olan digər 3 nəfər - 1987-ci il təvəllüdlü İsmayılova Gülnar Malik qızı, 1986-cı il təvəllüdlü İsmayılov Fərrux Şöhrət oğlu və 2013-cü il təvəllüdlü İsmayılov Turxan Fərrux oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR