Burada sizin reklamınız ola bilər

Gənc samboçular arasında Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
15 Fevral 2020 , 00:54

Gənc samboçular arasında Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib


Bakı İdman Sarayında sambo üzrə yeniyetmələr, gənclər və kişilər arasında ölkə çempionatı və birinciliyi keçirilir. Fevralın 14-də - yarışların ikinci günündə gənc samboçuların Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib.

 

Primetime.az xəbər verir ki, Rəşad Salayev (48 kq), Əli Sadıxov (52 kq), Kənan Babayev (57 kq), Vilayət Bayramov (62 kq), Ayuxan Tanverdiyev (68 kq), Abdulla Abdullayev (74 kq), Vüqar Ağcayev (82 kq), Xəlil Cəlilzadə (90 kq), Sabir İsayev (100 kq), Toğrul Salmanov (100 kiloqramdan yuxarı) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pillələrində yer alıblar.

 

Qeyd edək ki, fevralın 13-də - yarışların birinci günü yeniyetmə samboçular güclərini sınayıblar. Fevralın 15-də isə kişilər ölkə çempionatında mübarizəyə qoşulacaqlar. Yarışlarda ölkəmizin rayon və şəhərlərinin idman cəmiyyətləri və klublarından 500-ə yaxın idmançı medallar uğrunda mübarizə aparır.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR