Burada sizin reklamınız ola bilər

Yeniyetmələr arasında atletika üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
15 Fevral 2020 , 01:08

Yeniyetmələr arasında atletika üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib


Respublika Olimpiya Mərkəzində 2005-2006-cı il təvəllüdlü atletlər arasında atletika üzrə Azərbaycan birinciliyi davam edir.

 

Primetime.az xəbər verir ki, yarışların birinci günündə oğlanlar arasında nüvəitələmə yarışında Şakir Azakov, hündürlüyə tullanmada Əziz Əsgərov qalib adını qazanıb. Qızlar arasında nüvəitələmə yarışında Səkina Hacızadə, hündürlüyə tullanmada Alisa Xocayeva birinci yerə layiq görülüb.

 

Qaçış növlərində oğlanların yarışlarında Elcan Cəfərova (60 metr) və Səid Səfərli (600 metr) birinci yeri tutublar. Qızların yarışında isə Mələk Tağıyeva (60 metr) və İlahə Quliyeva qalib adını qazanıb.

 

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən çempionata fevralın 15-də yekun vurulacaq.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR