Kişilərin DİQQƏTİNƏ: Qadınlar siz olmadan uşaq doğacaq

13:10

12 Oktyabr

lady gaga

Avstraliyada doğum üzrə mütəxəssis avstraliyalı qadınların 20 il ərzində kişilər olmadan uşaq sahibi olacağını söyləyib.

 

Primetime.az xəbər verir ki, Dr. David Molloyun dediyinə görə, çinli elm insanları iki dişi siçanla, erkək siçan olmadan bala siçanların doğulmasını təmin ediblər. Belə ki, bu proses dişi siçanların birindən yumurta, digərindən isə yarı xromosomlu embrion kök hüceyrə alınması ilə həyata keçirilib. Anasız doğulan balalar 48 saat içində tələf olub.

 

Dr. Molloy doğum və genetik texnologiyası sayəsində eyni şeyi insanlarda da yoxlamağın mümkün olduğunu və qadınların spermaya ehtiyac olmadan uşaq dünyaya gətirə biləcəyini açıqlayıb. Hal-hazırda Avstraliya qanunları buna icazə vermir. Lakin Dr. Molloy zamanla bu düşüncənin dəyişəcəyinə inandığını bildirərək “texnologiya gündən-günə inkişaf edəcək. Buna mane ola bilməzsiniz” – deyib.

 

Sizə maraqlı ola bilər