2000 illik kəşf! – Cadugərin ayinlərdə istifadə etdiyi əşyalar tapıldı – FOTOLAR

14:44

14 Avqust

lady gaga

Eramızdan əvvəl 79-cu ildə Vezuvi vulkanının partlaması nəticəsində yox olan Pompey şəhərində arxeoloqlar cadugərə aid olduğu ehtimal edilən əşyalar tapıb.

 

Primetime.az xəbər verir ki, rituallar əsnasında istifadə olunduğu düşünülən əşyalar arasında zərgərlik, kəhrəba daşı, ametist, sümükdən hazırlanan düymə, böcək, amulet, kukla, zəng, kiçik kəllə və hətta penis heykəlcikləri olub. Mütəxəssislərin fikrinə görə, bu əşyalar hamiləlik və şans üçün keçirilən ayinlərdə istifadə olunub.

 

Sözügedən evdən qadınların və uşaqların da olduğu 10 nəfərə aid cəsəd qalıqları tapılıb. Arxeoloqlar DNT analizi ilə evdə tapılanlar arasında qan bağının olub-olmamasını araşdırır.

Sizə maraqlı ola bilər