Burada sizin reklamınız ola bilər

Bakıda çoxmərtəbəli binada yanğın söndürülüb
19 Fevral 2020 , 22:57

Bakıda çoxmərtəbəli binada yanğın söndürülüb - YENİLƏNİB


Bakı şəhərinin Nizami rayonunda tikintisi başa çatmayan çoxmərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində ümumi sahəsi 64 m² olan 2 otaqlı mənzildə 3 m² sahədə tikinti materialları yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən Primetime.az-a verilən məlumata görə, mənzil yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Bakıda hündürmərtəbəli binada yanğın başlayıb.

 

Primetime.az APA-ya istinadən xəbər verir ki, ilkin məlumata əsasən, Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi 15/21 ünvanında 18 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində mənzil yanır.

 

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR