Burada sizin reklamınız ola bilər

Xalq artisti qaynanasından danışıb ağladı
19 Fevral 2020 , 23:30

Xalq artisti qaynanasından danışıb ağladı - VİDEO


Xalq artisti Gülyanaq Məmmədova ARB TV-nin "Ona qalsa" verilişinin növbəti qonağı olub.

 

Primetime.az xəbər verir ki, sənətçi qayınanasından danışarkən gözləri dolub:

 

"Mən də qaynanam kimi qayınana olmağı istəyirəm. Bilmirəm bacaracammı? Baş əyirəm. Ana səni sevirəm, sənin üçün ölərəm. Hər zaman bunu deyirdim. Bəzən deyirlər ki, yaxşı qaynana var, nə tərifləyə-tərifləyə durursan? Sonradan tərifləmədim ki, onun tərifi mənim qəlbimdə olsun hər zaman. Amma bu həqiqətdir, gözəl insan sevilməyə layiqdir. O bir anadır, qayınanadır, həm də mənim dostumdur. Bütün anaların qarşında onun üçün baş əyirəm. Sonuncu dəfə onun yanında iyun ayında İstanbulda olmuşam. Doymadım. Hər dəfə hava limanında ağlıya-ağlıya ayrılırıq. Deyirəm ki, ana, mən isdiyirəm ki, bu ömrü birlikdə yaşayaq. Amma mənim sənətim bura ilə bağlıdır, o isə Türkiyədə öz hörmətini qazanıb. Ömür o qədər sürətlə gedir ki, nə o nəvələrindən doya bilir, nə də mən ondan doya bilirəm. Allah hamını mehriban etsin. Bütün anaları öpürəm".

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR