Burada sizin reklamınız ola bilər

Aynişan qayınanasından DANIŞDI
20 Fevral 2020 , 11:52

Aynişan qayınanasından DANIŞDI - FOTO


"Anlamadığım bilirsiz nədir? Niyə məhz qayınananı vurğulayırsınız? Əgər söhbət ailə içində yaşamaqdan gedirsə, orada qayınata, baldız, qayın da ola bilər. Niyə ancaq qayınana soruşursunuz? Niyə bu qədər tənqidçisiniz? Qayınana ilə yaşamağı faciə kimi qəbul edirsiniz?"

 

Primetime.az xəbər verir ki, bu sözləri bir neçə həftə əvvəl toyu olan Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva deyib. O, sosial şəbəkədə izləyicilərinin ona ünvanladığı sualları cavablandırıb. Quliyevaya ən çox qayınanası ilə birlikdə yaşamaq barədə soruşulub.

 

"Kaş qayınanamla yaşayardım, qızıl kimi insandır. Çox sevirəm onu. Hədsiz sevdiyim insanı dünyaya gətirən qadındır, necə sevməyim? Kaş hamı gəlinini onun kimi sevərdi".

 

Qeyd edək ki Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan fitnes müəllimi Kənanla ailə qurub. Cütlüyün oğlan toyu Ağcəbədidə olub.

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR