Burada sizin reklamınız ola bilər


20 Fevral 2020 , 12:28

"Sevdiyim ifaçılardan biri də Brilliant Dadaşovadır" - VİDEO


Rusiyanın məşhur ifaçısı Alsu aparıcı Ksenya Sobçakın qonağı olub.

 

Primetime.az xəbər verir ki, ifaçıya həyat yoldaşı Yan Abramoviçlə bağlı suallar ünvanlanıb. O, həyat yoldaşı ilə tanış olmasından söz açıb:

 

"Tanış olandan bir ay sonra mənə evlilik təklifi etdi. Məni evinə dəvət etdi, sevgi etirafları başladı. Cibindən üzük çıxardı və evlilik təklifi etdi. Dedi ki, üzüyü qəbul etsən, həyatım boyu yanımda olacaqsan, qulaq asdığım mahnılara qulaq asacaqsan. Çünki Yan Bakıda böyüyüb, xalq mahnılarını dinləyirdi. Həmin mahnılara konsertdə qulaq asmaq olur, maşında çətindir. O, dinləyəndə, əsəbiləşirdim. Ona görə də bu sözü vurğuladı. İndi mən də xalq mahnılarını sevirəm. Hətta onları dinləməyi, oxumağı, rəqs etməyi də bacarıram. 

 

Sevdiyim ifaçılardan biri də Brilliant Dadaşovadır. Ona böyük hörmətim var".

 

Sobçak B.Dadaşovanın mahnısını internetdən taparaq, səsləndirib. Alsu və aparıcı Azərbaycan rəqsini etməyə başlayıblar.


Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR