Burada sizin reklamınız ola bilər


20 Fevral 2020 , 17:48

"Allah şəfa versin" - Ayan həmkarlarına söz atdı


Müğənni Ayan Babakişiyeva ARB telekanalında yayımlanan "Show news" verilişinə müsahibə verib.

 

Primetime.az xəbər verir ki,  "Youtube"da trendə düşən ifaçılardan söz açan sənətçi bunları deyib:

 

"Bayağı yox, hər zaman gündəmdə olan musiqi janrıdır. Ara müğənnisi kimi onları oxuyanlar da hər zaman gündəmdə qalacaqlar. Elə ab-havaya girirlər ki, onlarda ulduzluq simptomları yaranır. Allah onlara şəfa versin. Ad çəkmirəm, sözlərimi kim özünə götürür götürsün. Bəlli ara müğənniləri var. Heç onlara qıcıqlanmıram. Hər kəsin gözü tərəzidir. O müğənnilər bizimlə eyni tədbirdə olmurlar. Bizim getdiyimiz məkanlar ayrıdır. Onların bu cür gündəmə gəlməsinə biz şərait yaratmışıq. Boşluq yaratmışıq, yeri onlar tutub".

 

Ayan efirə tək çıxmaq istəyən sənətçiləri tənqid edib:

 

"Onlar tək, biz isə ümumiyətlə efirə çıxmaq istəmirik. Bu da mənfidir. Bu günə qədər deməmişəm efirə tək çıxım. Ad günüm olub, sevdiyim həmkarları çağırmışam".

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR