2030-ci ildən etibarən yalnız elektrikli avtomobil satılacaq

14:47

12 Yanvar

lady gaga

Hindistan hökuməti 2030-ci ildən etibarən ölkə daxilində yalnız elektrikli avtomobil satılması üçün hərəkətə keçib.

Bu barədə Hindistanın Energetika Naziri Piyush Goyal məlumat verib.

Hindistanda 2030-ci ildə tətbiq edilməsi gözlənilən yeni qərar ölkə daxilində ekoloqları sevindirərkən neft sənayesi üçün narahatlıq yaradıb.

Qeyd edək ki, Hindistanın inkişaf edən iqtisadiyyatı hər il neft mənbələri üçün 150 milyard dollar ödəyərək dünyanın üçüncü ən böyük neft idxalçısı halına gəlib.

 

Sizə maraqlı ola bilər