Burada sizin reklamınız ola bilər

Nadirdən sərt sözlər:
20 Fevral 2020 , 23:36

Nadirdən sərt sözlər: "Gülünc vəziyyətdəsiniz"


Müğənni Nadir Qafarzadə sosial şəbəkəsində qadınlar barədə paylaşım edib.

 

Primetime.az xəbər verir ki, yaşlı bir qadının İnstaqramda paylaşılan videosunu yayımlayan sənətçi tənqidlər səsləndirib:

 

"Ana, sizin bu dəqiqə oturub nəvələrə, övladlarla nəsihət verən vaxtınızdır. İnstaqramda bu cür gülünc vəziyyətdə olmağınız yox... Yadıma anam, xalalarım, bibim, qohum, qonşu qadınlar düşəndə, çox heyifslənirəm. Düzgün zamanın düzgün qadınları idilər.

 

Bu yaşda olan analar cəmiyyətə örnək ola biləcək hərəkətlər etməlidir. Nümunəvi qadın kimi olmalıdır. Çoxları məni "geridəqalmış" hesab edib, fikirləşərlər ki, müasir deyiləm. Təki öz sağlam fikirlərimlə geridəqalmış olum. Siz də öz qeyri-normal fikirlərinizlə müasir olun".

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR