Burada sizin reklamınız ola bilər

Fatimə özünə qadağa qoydu:
21 Fevral 2020 , 11:17

Fatimə özünə qadağa qoydu: "... mənə zəng etməyin" - FOTOLAR


Rəqqasə Fatimə Fətəliyeva qarşıdan gələn Novruz bayramı ilə bəzi şou-biznes əhlinə səslənib.

 

Primetime.az xəbər verir ki, o, bundan sonra heç bir sənət həmkarına geyim verməyəcəyini bildirib. 

 

"Hörmətli sənət yoldaşlarım, jurnalistlər, sizdən dönə-dönə xahiş edirəm mənə milli geyimlə bağlı zəng etməyin. Bilirəm, şəkərbura kimi hər Novruz bayramında yada düşürəm. Amma çox rica edirəm, yadınıza düşməyim. Öncədən söyləyim ki, bütün geyimlərimiz aylar əvvəl başqa şirkətlə müqavilə bağlanıb və ora verilib. Daha sonra isə keçən illərdə etdiyiniz hörmətsizlikdən dolayı geyimlərimiz bərbad hala düşüb. Ya geyimləri aparıb, hansısa bir hissəsini itirirsiniz, ya ümumiyyətlə itirirsiniz, ya da çox səliqəsiz qaytarırsınız.Xahiş edirəm, üz vurmayın və məndən inciməyin. Bizdə geyim yoxdur. Öz geyimlərimi isə heç kimə vermirəm. Onlar mənim səhnə geyimlərimdir".
 

 

 

 

 

 

 

 

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR