Burada sizin reklamınız ola bilər

MTRŞ sədri Manafa görə ATV-nin rəhbəri ilə danışıb
21 Fevral 2020 , 13:05

MTRŞ sədri Manafa görə ATV-nin rəhbəri ilə danışıb


Milli Televiziya və Radio Şurası (MTRŞ) ATV telekanalında yayımlanan “Ən yaxşısı” verilişində baş verənlərə münasibət bildirib.

 

Primetime.az-ın APA-ya istinadən məlumatına görə, MTRŞ-nın şöbə müdiri Təvəkkül Dadaşov açıqlamasında bildirib ki, adıçəkilən verilişdə baş verənlərlə bağlı Şura sədri Nuşirəvan Məhərrəmli telekanalının rəhbəri ilə müzakirə aparıb.

 

“Müzakirə zamanı Şura sədri verilişlərdə bu cür halların yolverilməzliyini telekanal rəhbərinin diqqətinə çatdırıb”, - deyə T. Dadaşov vurğulayıb.

 

Xatırladaq ki, bir müddət əvvəl “Ən yaxşısı” verilişində müğənni Manaf Ağayev qadınlar haqda zorakılığa çağırış edən fikir səsləndirib.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR