Burada sizin reklamınız ola bilər

Təranə Qumralın İlhamə Quliyevaya hədiyyə etdiyi brilliant üzüyün qiyməti nə qədərdir?
21 Fevral 2020 , 16:34

Təranə Qumralın İlhamə Quliyevaya hədiyyə etdiyi brilliant üzüyün qiyməti nə qədərdir? - VİDEO


Təranə Qumral və Musa Musayev cütlüyü Xəzər telekanalında yayımlanan "5/5" verilişində qonaq olub.

 

Primetime.az xəbər verir ki, söhbət əsnasında aparıcı Zaur Kamal rəhmətlik Xalq artisti İlhamə Quliyevanın Musayevlərin evində qonaq olduğunu bildirib. O, Təranəgilin sənətçiyə verdiyi brilliant üzüyün qiymətini öyrənmək istəyib:

 

"Bunun dərdi var imiş. Mən nə yaxşı ki, tək gəlmişəm. Allah ölənlərimizə qəni-qəni rəhmət etsin. İlhamə Quliyeva çox gözəl xanım idi. "Ay Zaur" verilişini birinci dəfə idi ki, bizim evimizdə çəkirdin. Sən özün mənə dedin ki, İlhamə xanım heç kimin evində olan çəkilişə getmir. Mən isə cavabında dedim ki, mən onu edəcəm. Bir gün eşitsən ki, dedim Zaur səni öldürəcəm, deməli, səni də öldürəcəm (gülür). İndi gəlməsin, İlhamə xanım bizə gəldi. Veriliş çox gözəl alındı. Evə gələn insana, özü də o cür "kraliça"ya ona nə desən yaraşırdı. Nə verməli idim? Ən gözəl hədiyyə nə idi, onu da verdim".

 

Musa Musayev isə hədiyyə olunan üzüyün qiymətinin 5500 dollar civarında olduğunu bildirib.  

 

Daha sonra sözügedən arxiv görüntülər nümayiş olunub.

 


Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR