Burada sizin reklamınız ola bilər

Azərbaycandan keçərək Gürcüstana gedən şəxsdə koronavirus tapıldı
26 Fevral 2020 , 23:35

Azərbaycandan keçərək Gürcüstana gedən şəxsdə koronavirus tapıldı


Gürcüstanda yeni növ koronavirusa yoluxma halı aşkar edilib.

 

Primetime.az APA-ya istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Yekaterina Tikaradze brifinq zamanı bildirib.

 

“Bir neçə dəqiqə əvvəl Luqar laboratoriyasından analizlərin cavabını əldə etdik, analizlərə əsasən, ölkədə ilk koronavirusa yoluxma halı qeydə alınıb. Virusa yoluxan şəxs Azərbaycandan keçməklə İrandan gələn Gürcüstan vətəndaşıdır”, - deyə nazir qeyd edib.

 

Səhiyyə nazirinin sözlərinə görə, xəstəlik aşkar edilən şəxs 50 yaşlı kişidir. O, Gürcüstan-Azərbaycan sərhədindən birbaşa xəstəxanaya yerləşdirilib və heç kimlə kontakt qurmayıb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR