Burada sizin reklamınız ola bilər

Azərbaycanla sərhəddə 2 nəfər koronavirus şübhəsi ilə karantinə alındı
27 Fevral 2020 , 00:11

Azərbaycanla sərhəddə 2 nəfər koronavirus şübhəsi ilə karantinə alındı


Azərbaycandan keçərək Qırmızı Körpü sərhəd-keçid məntəqəsindən Gürcüstana gedən daha 2 nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

 

Primetime.az Qafqazinfo-ya istinadən xəbər verir ki, yüksək temperaturu olan hər iki şəxs Gürcüstan vətəndaşıdır. Onlar Tbilisidə xəstəxanaya yerləşdiriliblər. Hazırda onlardan analizlər götürülüb, həkim nəzarətindədirlər.

 

Qeyd edək ki, fevralın 25-də İrandan Azərbaycan vasitəsilə Gürcüstana keçən 50 yaşlı kişidə koronavirus aşkar edilib.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR