Burada sizin reklamınız ola bilər

Hirkan Milli Parkındakı qorxulu yanğının GÖRÜNTÜLƏRİ
22 Avqust 2019 , 18:07

Hirkan Milli Parkındakı qorxulu yanğının GÖRÜNTÜLƏRİ


Hi̇rkan Mi̇lli̇ Parkının dağlıq zonasında yanğın davam edir.

 

Primetime.az-ın məlumatına görə, Lənkəran rayonunun Təngi̇van kəndi̇ yaxınlığındakı ərazidə yanğın söndürülməsi işi aparılır. Hadisədə insan amili faktoru da istisna edilmir.

 

Qeyd edək ki, Hirkan Milli Parkının yüksək dağlıq ərazisində baş vermiş yanğının söndürülməsi üçün əraziyə FHN-in aviasiya dəstəsinin iki helikopteri və bir təyyarəsi də cəlb olunub.

 

Yanğının söndürülməsində Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları, yerli sakinlər əl əməyindən, mümkün olan bütün vasitələrdən istifadə etməklə xüsusi fədakarlıq göstərirlər. Hazırda tüstülənən sahələrin tam söndürülməsi istiqamətində işlər aparılır.

 

Yanğından görüntüləri təqdim edirik:

 

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR