Burada sizin reklamınız ola bilər

Aygün yenə də Türkiyəni seçdi
09 Mart 2020 , 20:26

Aygün yenə də Türkiyəni seçdi


Xalq artisti Aygün Kazımova yenidən görünüşündə dəyişiklik edib.

 

Primetime.az  xəbər verir ki, o, bu dəfə saçları kəsdirib. Yeni görüntüsü ilə türkiyəli fotoqraf Erman İştahlının fotokamerası önünə keçən A.Kazımova fotosessiya etdirib. Çəhrayı, uzun yarıqlı libası ilə diqqət çəkən Kazımova yeni fotolarını İnstaqram izləyiciləri ilə bölüşərək, bu şeiri qeyd edib:

 

"Hansı söz təsvir edər, zərif vücud içindəki o böyük, dağ kimi gücü... Hansı ad ifadə edər, baxışında min bir məna olan dərin dərya gözü? Yaşadığı tufanları bir özü bilər... Bütün sözlər aciq qalar, onun varlığı mübarək. Hər gün doğular günəş tək, həm isidər, həm yandırar, günəş tək. Bir söz yetər... Qadın, qadın... Bayramınız mübarək, əziz xanımlar".

 

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR