Burada sizin reklamınız ola bilər

Azərbaycanın əməkdar artisti vəfat etdi
12 Mart 2020 , 09:56

Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO


Azərbaycanlı aktyor dünyasını dəyişib.

 

Primetime.az xəbər verir ki, Lənkəran Dövlət Dram Teatrının aktyoru, əməkdar artist Adil Zeynalov ötən axşam uzun sürən xəstəlikdən vəfat edib.

 

60 yaşlı mərhum aktyor bu gün doğulduğu Lənkəran şəhərində dəfn olunacaq.

 

Xatırladaq ki, Adil Ağakərim oğlu Zeynalov 20 fevral 1960-cı ildə Lənkəran şəhərində anadan olub. 1978-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya aktyorluğu fakültəsinə daxil olub və 1983-cü ildə oranı bitirib.

 

1977-ci ildən Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlayıb və burada bir sıra rolları ifa edib, rejissor kimi tamaşalara quruluş verib.

 

Lənkəranın mədəni-ictimai həyatında fəal iştirak edən A.Zeynalov mədəniyyətimiz inkişafında göstərdiyi xidmətlərinə görə 2012-ci ildə əməkdar artisti adına layiq görülüb. 20-yaxın yaddaqalan səhnə obrazlarını canlandırıb, 15-dək tamaşanın rejissoru olub, bir teleserial və 4 tammetrajlı filmdə çəkilib. 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR