Burada sizin reklamınız ola bilər

Ölkədə muzey və kitabxanalara giriş məhdudlaşdırıldı
12 Mart 2020 , 17:18

Ölkədə muzey və kitabxanalara giriş məhdudlaşdırıldı


Martın 6-dan Mədəniyyət naziri Əbülfəs Qarayevin əmri ilə koronavirus infeksiyasının mədəniyyət müəssisələrində yarada biləcəyi təhlükənin qarşısının alınması və bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi üzrə tədbirlər planı tətbiq edilib.

 

Bunu Primetime.az-a Mədəniyyət Nazirliyindən bildirilib.

 

Məlumata  görə, Mədəniyyət Nazirliyinin tabeliyindəki bütün müəssisələrdə sanitar-gigiyena və profilaktik-dizenfeksiya işləri görülür: “Qapalı ərazilərdə kütləvi tədbirlər təxirə salınır, xarici ezamiyyələrin məhdudlaşdırılması, maarifləndirmə və cari işlərin aparılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir”.

 

Qeyd edilib ki, bu sahədə işlərin daha effektiv həyata keçirilməsi üçün bu gün növbəti əmr imzalanıb: “Əmrlə Bakı şəhəri və regionlarda fəaliyyət göstərən muzey və mərkəzi kitabxanalarda iş fəaliyyəti ilə bağlı qeyd olunan dəyişikliklərin həyata keçirilməsi və muzeylərə tamaşaçıların, kitabxanalara oxucuların gəlişi məhdudlaşdırılıb”.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR