Burada sizin reklamınız ola bilər

Azərbaycan boksçusu Avropa Olimpiya Təsnifat Turnirində qələbə qazanıb
16 Mart 2020 , 18:43

Azərbaycan boksçusu Avropa Olimpiya Təsnifat Turnirində qələbə qazanıb


Böyük Britaniyanın paytaxtı Londonda boks üzrə Avropa Olimpiya Təsnifat Turnirində üçüncü günün döyüşlərinə start verilib. 

 

Primetime.az xəbər verir ki, birinci seansda Azərbaycan millisinin bir üzvü rinqə çıxıb. 

 

Olimpiya mükafatçımız Lorenzo Sotomayor yarışda ilk görüşünü Dmitri Qalaqota (Moldova) qarşı keçirib. 1/16 final mərhələsi çərçivəsində baş tutan qarşılaşma təmsilçimizin qələbəsi ilə yekunlaşıb. Sotomayor rəqibini 4:1 (29:28, 29:28, 30:27, 28:29, 29:28) hesabı ilə məğlub edib. 

 

O, 1/8 final görüşünə martın 18-də çıxacaq. 

 

Qeyd edək ki, turnirin üçüncü gününün ikinci seansında daha 3 boksçumuz gücünü yoxlayacaq. Onlardan Rüfət Hüseynov (52 kq) ilk görüşünə çıxacaqsa, Tayfur Əliyev (57 kq) və Kamran Şahsuvarlı (75 kq) ikinci qarşılaşmasını keçirəcək.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR