Burada sizin reklamınız ola bilər

Boks üzrə Avropa çempionatı təxirə salındı
17 Mart 2020 , 11:20

Boks üzrə Avropa çempionatı təxirə salındı


Boks üzrə gənclər arasında Avropa çempionatı koronavirus pandemiyası səbəbindən təxirə salınıb. 

 

Primetime.az-ın məlumatına görə, Avropa Boks İttifaqı aprelin 22-dən mayın 3-dək keçirilməli olan yarışın vaxtını dəyişib.

 

Yerli Təşkilat Komitəsi və digər müvafiq orqanların hesabatlarını nəzərə alan qurum çempionatın 15 - 27 mayda təşkil olunmasına qərar verib. Lakin koronavirusla bağlı durumu daim nəzarətdə saxlayan təşkilat turnirin vaxtını yenidən dəyişə biləcəyini də istisna etmir.

 

Qeyd edək ki, Avropa çempionatı Monteneqronun Budva şəhərində keçirilməlidir.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR