Burada sizin reklamınız ola bilər

Rafael Dadaşov üçün böyük vida mərasimi nə vaxt keçiriləcək?
17 Mart 2020 , 14:53

Rafael Dadaşov üçün böyük vida mərasimi nə vaxt keçiriləcək? - Nazir açıqladı /VİDEO


Mədəniyyət naziri Əbülfəs Qarayevin Xalq artisti Rafael Dadaşovun dəfn mərasiminə qatılması barədə xəbər vermişdik.

 

Primetime.az-a açıqlama verən nazir bildirib ki, koronavirusla bağlı olan vəziyyət stabilləşdikdən sonra R.Dadaşov üçün böyük mərasim təşkil olunacaq:

 

"Həm Prezident İlham Əliyev, həm də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva R.Dadaşovun səhhəti ilə bağlı bütün lazımi tapşırıqları vermişdi. Allahın hökmü belə oldu. Allah rəhmət etsin. İndiki vəziyyəti nəzərə alsaq, böyük vida mərasimi keçirib, yola sala bilmədik. Amma bu vəziyyət stabil hal aldıqdan sonra mütləq onun xatirəsinə böyük ədəbi gecə keçiriləcək. Ziyalı, gözəl insan, yaxşı dost idi".

 

Sərvər Mehtiyev

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR